Rusiya və Çinin hərbi əlaqələri genişlənir: Təəccüblüdürmü?

2018/09/41493231_2038765726434434_244468421796823040_n_1536587042.jpg
Oxunub: 1350     02:12     11 Sentyabr 2018    
Niyə görə Rusiyada Çinlə birgə keçiriləcək nəgəng miqyaslı hərbi təlimlərə bu qədər geniş media diqqəti ayrılır?

Qarşıdan gələn “Vostok-2018” hərbi təlimləri üçün artıq barabanlar çalınmağa başlanıb. Xüsusilə Rusiyanın Şərqi Sibir regionunda Trans-Baykal zolağında keçiriləcək təlimlərin bir həssəsi Çinin Mancuriya vilayətində və Monqolustanda baş tutacaq.

Rusiya Müdafiə naziri Sergey Şoyqunun da qeyd etdiyi kimi həm hərbi qüvvə sayına görə, həm əhatə edəcəyi əraziyə görə təlimlər ağlasığmaz dərəcədə böyük miqyasa sahib olacaq. Rusiya dövlət xəbər agentliyinin məlumatına görə 300 min hərbçinin, min aviasiya vasitəsinin iştirak edəcəyi təlimlərdə əsas çoxluğu Şərq və Mərkəz hərbi dairəsinin qüvvələri təşkil edəcək. Məlumata əsasən, hətta bu təlimlər 1981-ci ildə soyuq müharibə zamanında keçirilən əfsanəvi “Zapad-81” təlimlərini belə üstələyəcək.

Əslində bu ilk belə tədbir elanları deyil. Belə ki, 2014-cü ildə də “Vostok-2014” hərbi təlimlərinin keçiriləcəyi ilə bağlı xəbərlər bütün manşetləri tutmuşdu. Əlbəttə o Krım məsələsi dövrünə düşdüyü üçün bir az daha fərqli məzmuna sahib idi və Qərb Rusiyanı bu təlimlərlə bağlı da qınamağı özünə borc bildi.

Bu təlimlərin bir əhəmiyyətli tərəfi də orasındadır ki, hazırlıqlarda sadəcə olaraq Rusiya hərbi qüvvələri deyil, eyni zamanda Çindən və az sayda Monqolustandan da hərbi qüvvələr iştirak edəcək. Belə ki, Çin bu təlimlərdə 3200 canlı qüvvə, tanklar da daxil olmaqla 90 ədəd quru döyüş texnikası, 30 ədəd təyyarə və helikopterlə qatılacaq. Bunların əhəmiyyətli hissəsi Çinin şimalında yerləşdirilən hərbi qüvvələr tərəfindən formalaşdırılacaq. İştirak edəcək hərbi qüvvə və texnika artıq Mancuriyadan Rusiyaya doğru göndərilib. Eyni zamanda Monqolustan da təlimlərdə iştirak üçün kiçik bir kontingent göndərib.

Bu münasibətlər sübut edir ki, Çin-Rusiya hərbi əlaqələri 1997-ci ildə Vladivostokun Spassk şəhərində yerləşən keçmiş T-54 tanklarının Çinlə sərhəd Xanka gölünün şərq sahillərinə yerləşdirilməsindən bu yana olduqca əhəmiyyətli yol qət edib. Qeyd edək ki, hər iki ölkə əhalisinin şirin su ehtiyatı kimi istifadə etdiyi kiçik göllə bağlı ortaya çıxan mübahisə iki tərəf arasında diplomatik əlaqələrin başlanılması üçün əslində bəhanə oldu. Hətta 1989-cu ildə qanlı Tinanmen Meydan hadisələri ilə bağlı olaraq onsuz da daxili vəziyyəti gərgin olan Çin sonrakı illərdə geniş miqyaslı beynəlxalq qarşıdurmadan uzaq dayanmaq istəyirdi.

Burada qeyd olunmalı bir məsələ var ki, Rusiyanın Asiyada hər hansısa ərazi iddiası yoxdur. Yəni sözügedən hadisə də tərəflər arasındakı hər hansısa ərazi probleminə əsaslanmırdı. Hər hansısa ərazi probleminin olmaması və Asiya qonşuları ilə olduqca yaxın münasibətlər Rusiyanın bu ölkələrlə sərhəddə geniş hərbi qüvvələr saxlamamasına gətirib çıxarır. Rusiyanın bu regionlardakı təhlükəsizliyi sadəcə olaraq onun bölgədə yerləşdirilən nüvə silahlarına və mehriban münasibətlərinə bağlıdır.

Rusiya Pekini strtaeji pratnyor kimi qəbul edir və buna görə də tərəflər arasında Asiya-Sakit okean regionunda əməkdaşlıq daha da gücləndirilir. Burada soruşulmalı ən önəmli sual budur ki, Rusiya yüksələn, resursa ac, regional və qlobal miqyasda əhəmiyyətli iqtisadi faktor olan və ciddi təşəbbüskar rolunda çıxış edən Çini necə idarə edir və yönləndirir? Çünki hazırda Çinin sahib olduğu iqtisadi və hərbi güc qlobal miqyasda olduqca əhəmiyyətlidir və hər iki sahədə Pekinin Rusiyanı üstələdiyini deyə bilərik. Hətta tərəflər arasında mövcud olan Amur-Ussuri ərazi problemi də 2004-2005-ci illərdə diplomatik şəklildə həll edildi və bu da iki ölkə arasındakı hərbi əməkdaşlığın daha da iinkişafına səbəb oldu. Çin 1979-cu ildə Vyetnam tərəfindən məğlub ediləndən bu yana hər hansısa müharibədə iştirak etməyib. Məhz genişlənən hərbi əlaqələr sayəsində Ukrayna və Suriyada geniş təcrübə əldə edən Rusiya ordusunun bacarıqlarına sahib olmaq istəyir.

2005-ci ildə Rusiya və Çin Pekinin liderliyi altında qurulan Şanxay Əməkdaşlıq Təşkilatının tərkib hissəsi kimi Mərkəzi Asiya və Rusiyada geniş miqyaslı anti-terror təlimlərinə start verdi. Bundan sonra tərəflər 2015-ci ildə Aralıq dənizində, 2016-da Cənubi Çin dənizində, 2017-də də Batikdə birgə hərbi təlimlər keçirdilər. Son illərdə tərəflər arasındakı təlimlər çərçivəsindəki hərbi əməkdaşlıq sanki yazılmamış qanun halını alıb. Hər iki ölkə ildə azı bir geniş miqyaslı ortaq hərbi təlimlər həyata keçirir. “Vostok-2018” təlimləri isə bu baxımdan mümkün olan ən geniş miqyaslı hərbi təlimlərdir.

Rusiyadan təlimlərdə Qərb, Şərq, Cənub və Mərkəz hərbi dairələrindən olan hərbi qüvvələr iştirak edəcək. Təlimlərdə iştirak üçün çox sayda ölkədən hərbi attaşelər, media nümayəndələri və müşahidəçilər dəvət edilib. Yenicə formalaşdırılan Şimal hərb dairəsi filotiliyası isə “Vostok-2018” təlimləri ilə paralel şəkildə “Yüksək Şimal” adı altında təlimlər keçirəcək.

Bəs Rusiyanın Qərb qonşularını daha da qıcıqlandıran, vətəndaşlarını isə daha da motivasiya edən bu bahalı və resurs yandıran hərbi nümayiş nə üçün edilir?

Bunu başa düşmək üçün Rusiyanın coğrafi olaraq yerləşdiyi ərazini analiz etmək, onun tarixinə müəyyən mənada hakim olmaq və Moskvanın son bir neçə əsrdə nümayiş etdirdiyi ambisiyaları müəyyənləşdirməyə gərək var. O qədər də qədimə dayanan bir tarixə sahib olmayan və yalnızca son bir neçə yüz il ərzində qətiyyətli şəkildə formalaşan Rusiya 11 saat qurşağında yerləşir. Buraya Arktika buzlaqlarından mülayim iqlimə, Sakit okenadan Atlantik okeana qədər 17 milyon kvadrat kilometrdən çox ərazi daxildir. Son 500 ildə Romanovlar çarlığının və Sovet ittifaqının əsasını formalaşdıran Rusiyada özünün əvvəlki əzəmətli vaxtlarına, super güc olduğu dövrlərə geri dönmək arzusu hələ də mövcuddur.

Hazırda 145 milyon əhalisi olan Rusiya bu baxımdan 320 milyonluq ABŞ-ın 40 faizi, 500 milyonluq Avropa İttifaqının isə üçdə biri, 1,4 milyardlıq Çinin isə doqquzda biri böyüklüyündədir. Çinlə 5150 kilometrlik sərhədə sahib olan Moskva üçün bu baxımdan hər hansısa təhlükənin gözlənildiyini demək mümkün deyil. Baxmayaraq ki, Rusiya özünün uzaq şərq bölgələrinin çoxunu Çarlıq dövründə Çinin Qinq sülaləsindən ilhaq edib, istənilən halda Pekindən bu ərazilərlə bağlı hər hansısa rəsmi iddia irəli sürülməyib. Bu baxımdan yuxarıda qeyd olunan demoqrafik fərqlilik Rusiyanı Çinlə münasibətləri normal vəziyyətdə saxlamaq üçün xüsusilə təhrik edən məsələdir. Belə ki, hazırda Çinlə sərhəd bölgələrdə yerləşən əhalinin sayı olduqca azdır və bu bölgələr Moskvadan kifayət qədər uzaqdır. Ona görə tərəflər arasında ortaya çıxacaq hər hansısa hərbi qarşıdurma anında Rusiya yalnızca öz nüvə silahlarına güvənə bilər. Belə ki, əks təqdirdə Moskvadan verilən əmrin tətbiqinə qədər artıq Pekin bu əraziləri ələ keçirmiş olacaq. Əslində hazırkı müharibələrdə canlı qüvvənin bir o qədər əhəmiyyətli olmadığı irəli sürülsə də, ikinci dünya müharibəsində 26 milyona qədər itki verən Sovetlərin mərkəzi olmuş Rusiya üçün demoqrafik vəziyyətin nə qədər əhəmiyyətli olduğu aydın olur.

Bu qədər kəskin demoqrafik vəziyyətə baxmayaraq, Moskva hətta sülh dövrlərində belə 1 milyondan çox canlı qüvvə saxlayır. Hətta burada da qeyd olunmalı bir məqam var ki, məcburi hərbi xidmətin tətbiq olunduğu Rusiyada hərbi xidmət yaşına çatanların orta hesabla 30 faizə qədəri hərbi xidmət üçün yetəriz olur ki, bu da Rusiyanın canlı qüvvə potensialını daha da aşağı salır. Hazırda saxlanılan 1 milyon hərbi qüvvənin əsasən 250 mini Milli Qvardiyanın tərkibinə daxildir ki, bu da ordu daxilində Rusiya gözləntilərinin ən yüksək olduğu bölmədir. Rusiya hazırda öz hərbi mövcudluğunu bir sıra beynəlxalq münaqişələrdən və ikitərəfli razılıqlardan dolayı Suriyada, Moldovada, Ermənistanda, Tacikistanda və Qırğızıstanda nümayiş etdirməkdədir.

Məhz bu qədər qəliz situassiyalar Rusiyanın əslində potensialından yuxarı cəhdlər göstərdiyini, başqa sözlə ayaqlarını yorğanına görə uzatmadığı fikrini təlqin edir. Olduqca geniş əraziyə və az sayda əhaliyə sahib bir ölkənin bu qədər çox beynəlxalq məsələdə iştirakı və geniş diplomatik kanalları müəyyən məqamlarda ağırlıq edir və ölkənin sürətli inkişafına əngəl törədir. Başqa sözlə desək Rusiya bəzi yükləri üzərindən atacağı təqdirdə daha sürətlə inkişaf edə bilər ki, bu inkişafdan sonra da qlobal liderlikdən danışmaq mümkündür. Necə ki, Çin bu addımı atdı və hazırda ABŞ-ın vahid super güc olmadığına iddia üçün ən əhəmiyyətli nümunə halını alıb.

Lakin uzun perspektivli addımlar istəməyən və hazırkı mövqeyini daha da yüksəltməyə çalışan və nəticədə hazırda sahib olduqlarını da itirmək üzrə olan Moskva, özünü yenidən toplamaq üçün Çinlə yaxın münasibətlər axtarışındadır. Başqa sözlə, ortaq ABŞ düşməninin olması bu iki ölkəni bir-birilə balanslaşmağa məcbur edir. Yəni Rusiya Çini idarə etdiyi kimi, eyni zamanda Çin də Rusiyanı idarə edir. Lakin hələlik məsələ belə görünür ki, Çin-Rusiya ittifaqı istər siyasi, istər iqtisadi, istərsə də hərbi olaraq ABŞ-dan daha üstün mövqeyə gəlmək istəyirsə, o halda hələ kifayət qədər yol qət etməli və uzun perpektivli addımlara önəm verməlidir. Eyni zamanda ABŞ-ı zəiflətmək üçün Qərblə münasibətlər də müəyyən qədər normallaşma vəziyətinə gətirilməlidir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Çin   Rusiya   Hərbi-Əlaqələr  

Rusiya və Çinin hərbi əlaqələri genişlənir: Təəccüblüdürmü?

2018/09/41493231_2038765726434434_244468421796823040_n_1536587042.jpg
Oxunub: 1351     02:12     11 Sentyabr 2018    