NATO Albaniyada hərbi baza quracaq

2018/08/photo_verybig_191489_1533549887.jpg
Oxunub: 4470     17:57     06 Avqust 2018    
NATO Balkan yarımadasının qərbində özünün ilk hərbi bazasını formalaşdıracaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Albaniya Baş naziri Edi Rama özünün rəsmi “Facebook” hesabından bildirib.

O qeyd edib ki, sözügedən hərbi baza Albaniyanın Kuçove şəhərində qurulacaq.

Albaniya hökumət başçısının sözlərinə görə, 50 milyon avroya başa gələcək aviabazanın bütün xərcləri NATO tərəfindən qarşılanacaq.

Qeyd edək ki, 2009-cu ildən alyans üzvü olan Albaniyada qurulacaq bu aviabaza NATO-nun Balkan yarımadasının qərbindəki ilk hərbi bazasıdır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Albaniya  


Bizi "telegram"da izləyin