Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 00:50 radələrində Gümrü tibb mərkəzindən Kamayr polis bölməsinə, Gümrü şəhər Severski məhəlləsindəki 3/2 və 3/1 yataqxanalarından iki nəfərin bədən xəsarətləri ilə tibb mərkəzinə müraciət etdiyi bildirilib.
Polisin araşdırması nəticəsində məlum olub ki, yaralılar Rusiya vətəndaşları 34 yaşlı Denis Makiyev və 36 yaşlı Pavel Romanovdur.
Məlum olub ki, yaralılar içkili vəziyyətdə mübahisə edib və bir-birinə xəsarət yetiriblər. Onlar hərbi şəhərcik ərazisindəki hərbçilərin şəxsi avtomobillərinə də küt alətlərlə zərər vurublar.
Bildirilir ki, baş gizir D. Makiyev RF MN-nin "N" nömrəli hərbi hissəsində batareyanın texniki, leytenant P. Romanov isə həmin hərbi hissənin taqım komandiri, şəxsi avtomobilinə xəsarət yetirilən Y. Kibaçiç isə 102-ci hərbi bazada taqım komandiri kimi xidmət edir.
Faktla bağlı araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az