Azərbaycan və Vyetnam HDQ nümayəndə heyətlərinin görüşü keçirilib

2018/07/577f0e846fe7f97ddbcd98e2146e0c3f_7665115190.jpg
Oxunub: 1524     15:45     31 İyul 2018    
İyulun 31-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Vyetnam Sosialist Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Fam Haoi Namın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, hərbi əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə olunduğu görüşdə tərəflər hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyini bildirirərək bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulayıblar.

Vitse-admiral F.Nam hərbi əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edərək qeyd edib ki, bu kimi səfərlər qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcək.







Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Vyetnam  


Bizi "telegram"da izləyin