Azərbaycan hərbçiləri 5 müxtəlif müsabiqədə iştirak edəcəklər - FOTOLAR

2018/07/22_1533030514.jpg
Oxunub: 4400     15:44     31 İyul 2018    
Avqustun 1-də “Beynəlxalq Ordu Oyunları-2018" çərçivəsində Bakıda keçiriləcək “Dəniz kuboku-2018” beynəlxalq yarışlarının başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib ki, “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq.

Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcəklər. Hərbçilərimiz ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar.


Hərbçilərimiz, həmçinin İranda keçiriləcək “Dərinlik” və Rusiyada təşkil olunacaq “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.

Yarışlarda müşahidəçi qismində Türkiyə, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı və ABŞ Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Bundan əlavə, mətbuat konfransı zamanı iştirak edən heyətlər tərəfindən döyüş hazırlığı poliqonlarına çıxış, müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə məşqlərin keçirilməsi haqqında ətraflı məlumat verilib.


Mətbuat konfransından sonra Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində avqustun 1-dən 10-dək Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2018” müsabiqəsinin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilib.

Mətbuat nümayəndələrinin sualları cavablandırılıb, müsabiqəyə cəlb olunan gəmilərə, xüsusi texnikalara, silahlara jurnalistlərin iştirakı ilə baxış keçirilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəniz-Kuboku-2018   Mətbuat-Konfransı  


Bizi "telegram"da izləyin