Azərbaycan hərbçiləri “Layiqli Tərəfdaş 2018” təlimində iştirak edəcək

2018/07/af8b89674356e51099a6705380050def_1532971118.png
Oxunub: 4013     22:18     30 İyul 2018    
Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 1-dən 15-dək Gürcüstanın Vaziani və Norio təlim mərkəzlərində keçiriləcək “Layiqli Tərəfdaş 2018” (Noble Partner 2018) çoxmillətli təlimində iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, təliminin məqsədi NATO standartlarını tətbiq etməklə NATO/SNT və tərəfdaş qüvvələrin bölük səviyyəsində bölmələrinin uzlaşmasını və çöl vərdişlərini təkmilləşdirmək, eləcə də müxtəlif tapşırıqları icra etməkdir.

Təlimdə 13 ölkədən (Azərbaycan, Gürcüstan, Ermənistan, Almaniya, Fransa, Estoniya, Birləşmiş Krallıq, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və ABŞ) 3000-dən artıq hərbi qulluqçu iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   NATO  


Bizi "telegram"da izləyin