Ermənistan NATO-nun "Vicdanlı tərəfdaş-2018" təlimində iştirak edəcək

2018/07/6746485_1532952609.jpg
Oxunub: 3294     20:08     30 İyul 2018    
Ermənistan kiçik bir qrupla olsa da Gürcüstanda keçiriləcək NATO-nun "Vicdanlı tərəfdaş 2018" təlimlərində iştirak etməyə razılıq verib.

Ordu.az xəbər verir ki, bunu "Sputnik Ermənistan"na Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan və Gürcüstan müdafiə nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nino Tolordava təsdiqləyiblər.

"Ermənistan təlimlərdə iştirak edəcək. Ermənistan Silahlı Qüvvələrinin dörd zabiti Gürcüstana gedəcək", - deyə Artsrun Hovhannisyan deyib.

Təlimlər 1-15 avqust tarixlərində NATO-ya üzv və müttəfiq tərəfdaş ölkələrin iştirakı ilə keçiriləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   NATO  


Bizi "telegram"da izləyin