Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 22:30 radələrində Araqatsotn vilayətində 58 yaşlı İrəvan sakini Artur Matevosyan idarə etdiyi BMW markalı avtomobillə Marqara-Vanadzor-Taşir yolunun 51-ci km-də İrəvana doğru hərəkət edərkən yolun hərəkət hissəsindən çıxıb və çevrilərək sahəyə düşüb.
Avtoqəza nəticəsində A.Matevosyan hadisə yerində ölüb. Onun sərnişini Kotayk vilayətinin Kasax kənd sakini, 33 yaşlı Vahaqn Hovhanisyan bədən xəsarətləri ilə Armenia tibb mərkəzinə təxliyyə edilib.
Məlumatına görə, yaralı 33 yaşlı Vahaqn Hovhanisyan Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusudur.
Alpər Mövludoğlu
Ordu.az