Ermənistanda növbəti qəza: 1 hərbi qulluqçu ölüb, 1-i isə yaralanıb

2018/07/37985201_1895633313829699_3135644645149638656_n_1532942613.jpg
Oxunub: 4160     17:01     30 İyul 2018    
Ermənistanın Sünik vilayətində baş verən avtoqəzada bir hərbi qulluqçu ölüb, digəri isə yaralı halda xəstəxanaya təxliyyə edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 22:40 radələrində Gorus şəhərindəki “Zəngəzur” adlanan çörək evinin qarşısında Karahunc kənd sakini, 41 yaşlı Arman Poğosyanın idarə etdiyi ГАЗ 27057 markalı və Verişen kənd sakini, 56 yaşlı Vahik Bakuntsinin idarə etdiyi ВАЗ 2107 markalı avtomobillər toqquşub.

Avtoqəza nəticəsində V. Bakunts bədən xəsarətləri ilə Gorus tibb mərkəzinə təxliyyə edilib, onun sərnişini 29 yaşlı Armen Minasyan isə xəstəxanaya təxliyyə edilərkən yolda ölüb. Hadisə yerinə Ermənistan müdafiə nazirliyinin hərbi polisinin Sisian şöbə rəisi Roland Oğikyanın rəhbərliyi ilə əməliyyat qrupu da gəlib.

Məlumata görə, ölən A.Minasyan Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusudur. ВАЗ 2107 markalı avtomobilin sürücüsü V. Bakuntsun da həmin hərbi hissənin müqaviləli hərbi qulluqçusu olduğu bildirilir.

Hadisə ilə əlaqədar araşdırma davam edir.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qəza   Ölüm   Yaralı  


Bizi "telegram"da izləyin