Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

2018/07/234234_1532937246.jpg
Oxunub: 2994     15:51     30 İyul 2018    
Ermənistanda yol qəzasında hərbi qulluqçu ölüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən M2 magistralının Sisian-Gorus hissəsinin 19-cu km-də 1997-ci il təvəllüdlü "Q.Ğ" adlı sürücünün idarə etdiyi "Mercedes C180" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Xilasedicilər hadisə yerinə gələnədək sürücü "Q.Ğ" və sərnişin 1998-ci il təvəllüdlü "A.V" yerli sakinlər tərəfindən avtomobildən çıxarılıb və xəstəxanaya təxliyyə edilib.

Gorus tibb mərkəzində avtomobilin sürücüsü ölüb, sərnişinin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Məlumatına görə, ölən sürücü Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində xidmət edən hərbi qulluqçudur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm   Qəza  


Bizi "telegram"da izləyin