Hərbi dənizçilər gəminin davamlılığı üzrə tapşırıqları məşq etdiriblər - FOTO

2018/07/4d6679d2a8d0a6c237841a22219542fd_3065856880.jpg
Oxunub: 3346     22:54     29 İyul 2018    
“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinə hazırlıq məqsədilə iştirakçı ölkələrin komandaları gəmi heyətlərinin sağqalma qabiliyyətini məşq etdiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, hazırlıq məşqlərinin birinci mərhələsi “quru” üsulu, yəni suyun gəmiyə daxil olmaması ilə aparılıb.

Sonra gəminin şərti zədələnmiş hissəsini təqlid edən xüsusi quraşdırılmış dəliklər vasitəsilə “gəmiyə” su ötürülüb. Bu zaman gəmi heyəti müxtəlif qəza avadanlıqlarından istifadə etməklə qısa müddətdə suyun “gəmiyə” daxil olmasının qarşısının alınması üzrə tapşırıqları icra ediblər.

Məşqlərin keçirilməsində əsas məqsəd gəminin təhlükəsizliyinin təmin edilməsi, eləcə də gəminin xilas olunması üzrə heyətin bacarıq və vərdişlərinin artırılmasıdır.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəniz-kuboku-2018  


Bizi "telegram"da izləyin