Ermənistanda homoseksuallar etiraz edir: "Ordudakı zorakılıqlardan qorxuruq"

2018/07/37926790_2617543695138449_8721214360506073088_n_1532794014.jpg
Oxunub: 4337     23:56     28 İyul 2018    
“Əgər mən orduya getsəydim, həyatıma ciddi təhlükə yarana bilərdi. Fiziki zorakılıqlar nəticəsində mən həyatdan mərhum olar və ya psixoloji zorakılıq və təqiblərə tab gətirə bilməyərək, intihara əl atardım”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu adı açıqlanmayan homoseksual erməni gənc bildirib.

LGBT icmasının maraqlarının qorunması ilə məşğul olan 29 yaşlı gənc əminliklə bildirir ki, hərbi xidmətdən azad edilən homoseksuallar öz həyatları üçün narahatdırlar. O, hərbi xidmətdən imtina etmədiyini, sadəcə dövlətin hərbi hissədə onun təhlükəsizliyinin təmin ediləcəyinə dair zəmanət vermədiyini bildirir. O, müdafiə nazirinin qərarı ilə hərbi xidmətdən azad edilib.

"Ermənistan silahlı qüvvələrində xidmət etmək homoseksualların həyatına təhlükədir. Dövlət hərbi hissələrdə onların amansız, sərt münasibətə məruz qalmayacaqlarına dair homoseksuallara zəmanət vermir", - deyə o bildirib.

Şərti adı "A" olan homoseksual bildirir ki, hərbi hissələrdə homoseksual gənc aşkarlandıqda ona qarşı bütov bir amansız təqib başladığına dair hələ də məlumatlar daxil olur.

"Əsgər yoldaşları həmin homoseksualla təmas qurmur, yeməkxanalarda eyni masada oturmur, ona edilən qulluq tam təcrid edilir. Homoseksualın xarakterindən asılı olaraq, aktiv olduğu halda ona qarşı cinayət işi açılır, əks halda başqa hərbi hissəyə köçürülsə də, təqiblər yeni xidmət yerində də davam edir. Bir çox hallarda isə hərbi qulluqçular həmin homoseksualı istismar edirlər. Bu zaman cinsi təcavüz zorakılıqla baş versə də, digər hərbi qulluqçular bunu törədənləri tənqid etmir və normal qəbul edir. Ancaq homoseksuala qarşı alçaldıcı davranışlar, bəzi hallarda intihara səbəb olanadək davam edir", - deyə erməni gənc homoseksual şikayətlənir.

O, baş vermiş bir hadisə haqqında qısa məlumat verir: "Bir şəxsin mobil telefonunda homoseksual olduğunu ifşa edən tanışlıq saytı aşkarlanıb. Ona qarşı cinayət işi açılaraq, araşdırmalara başlanılıb. Onun cinsi əlaqədə olma səviyyəsini müəyyən etmək üçün tibbi müayinə də keçirilib. Ona bildirilib ki, bu qanuna zidd davranışdır və buna görə cəzalandırılmalıdır. Qanunu bilməməsindən hərbi qulluqçu qanunsuzluğun qurbanı olub və homoseksual olmadığı faktını sübut etməyə çalışıb. Yekunda məlum olub ki, həmin şəxs homoseksual deyil və cinayət işinə xitam verilib. Həmin şəxs psixoloji sarsıntı təsirində dərman içməklə intihar etməyə cəhd edib. Lakin həyatına son qoymağa nail ola bilməyib".

Onun fikrincə, homoseksuallara qarşı mübarizənin siyasi tərəfi də var. Məsələn Rusiya Qərbə qarşı siyasi mübarizədə LGTB icmasını alət olaraq istifadə edir.

Homoseksual olan erməni gənc bildirir ki, hərbi xidmətdən azad edildikdən sonra, məhkəmələrdəki sonsuz süründürməçilikləri davam edir.

Belə ki, Ermənistan müdafiə nazirliyində fəaliyyət göstərən xüsusi komisiya tərəfindən homoseksualliq da psixoloji xəstəliklər sırasına daxil edilən bir hal kimi qiymətləndirirlir. Bunun əsasında hərbi xidmətdən azad edilirlər. Hərbi xidmətdən azad edildikdən sonra 2016-cı ildə Ermənistanın yol polisi tərəfindən homoseksual "A.S"nin ünvanına sürücülük hüququnun ləğv olunduğu barədə bildiriş gəlir. Buna səbəb kimi, onun psixoloji problemli olduğu göstərilir.

O, hüququnun bərpası üçün məhkəməyə müraciət edib. Məhkəmə polisin sürücülük hüququnun ləğv edilməsi barədə qərarını etibarsız hesab edib. Lakin homoseksual "A.S" şərti adlı gəncin hüquqlarını müdafiə edən vəkil müdafiə nazirliyi tərəfindən şəxsi məlumatların digər bir orqana, yəni homoseksual olduğu barədə məlumatların polisə ötürülməsinin qanunsuz olduğuna dair başqa bir iddia ilə məhkəməyə yenidən müraciət edib.

İş üzrə araşdırma davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Ordusu   Homoseksuallıq  


Bizi "telegram"da izləyin