Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində öz qruplarında birinci olublar - FOTOLAR

2018/07/cc03b40373257c2a0ee6efa738095207-aaa_1532793057.jpg
Oxunub: 3702     22:15     28 İyul 2018    
İyulun 28-də “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsinə start verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, yarışların ilk günündə Azərbaycan tankçıları qruplarında yer aldıqları Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə güclərini sınayıblar.

Tankçılarımız müsabiqənin şərtlərinə əsasən şərti hədəfləri sərrast atəşlə məhv edərək, marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə qət ediblər.

Beləliklə, yarışların ilk günü tank heyətlərimiz rəqiblərini xal hesabında xeyli geridə qoyaraq qrupda birinci olublar.

Qeyd edək ki, bu il 23 ölkədən tank heyətləri “Tank biatlonu” müsabiqəsində iştirak edir.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ordu-Oyunları   Tank-Biatlonu  


Bizi "telegram"da izləyin