“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin hakimlərinə sertifikatlar təqdim edilib - VİDEO
Oxunub: 3074
22:10
28 İyul 2018
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin hakimlərinə hakimlik hüququ verən sertifikatlar təqdim edilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, keçirilən seminarda hakimlər “hakimlik haqqında” əsasnamənin müzakirəsi zamanı hakimliyin prinsip və kriterləri, mükafat və cərimə ballarının hesablanması qaydası üzrə yekdil razılığa gəlib, hakimlərin səlahiyyət və vəzifələrini müəyyən ediblər. Müsabiqənin təşkilatçıları tərəfindən hakimlərə verdikləri ixtisas məqbullarının nəticələrinə görə qol sarğısı və hakimlik hüququ verən sertifikatlar təqdim edilib.