Erməni sakin külli miqdarda hərbi ləvazımatı təhvil verib

2018/07/3456345_1532772717.jpg
Oxunub: 3387     18:09     28 İyul 2018    
Ermənistanın Ararat vilayətinin sakini külli miqdarda hərbi əşya və əmlakı könüllü olaraq təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan öz "Facebook" səhifəsində yaydığı məlumatda bildirib.

Məlumata görə, Ararat vilayətinin “S.Z” şərti adlı sakini Ararat vilayəti hərbi polis şöbəsinə könüllü olaraq külli miqdarda hərbi əşya və əmlak təhvil verib.

Təhvil verilən hərbi əmlak arasında 80 ədəd hərbi yük çantası, 68 ədəd qazan və s var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-sakin   Hərbi-ləvazımat  


Bizi "telegram"da izləyin