Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumat Ermənistan kənd təsərrüfatı nazirliyinin qida təhlükəsizliyi xidməti tərəfindən yayılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, ilk markalanma “əsgər payı, satışı qadağandır” yazısı ilə qablaşdırma üzərində olub. Daha sonra ikinci təkrar kağız markalanma ilə əvvəlki nişanın üstü örtülüb.
İlk markalanmaya əsasən qablardakı iri buynuzlu heyvan ətindən olan ət konservləridir. İkinci markalanmaya əsasən isə qovrulmuş, bişmiş mal əti konservi olduğu göstərilir.
Məlum olub ki, qablardakı məhsulun tərkibi ikinci markalanmaya yəni qovurulmuş ət konservinə uyğundur.
Ancaq hər iki markalanma üzərində eyni istehsalçının "Հ.Ա.Ն.Ս.-ՖՈՒԴ" MMC-nin ünvanı göstərilib. Məlum olub ki, şirkət həm Ermənistan müdafiə nazirliyi, həm də istehlak şəbəkəsi üçün məhsullar istehsal edir.
Alpər Mövludoğlu
Ordu.az