Davtyan Ermənistanın Su-30SM-lər alacağı barədə sualdan yayınıb

2018/07/7567_1530537265.jpg
Oxunub: 1997     21:13     02 İyul 2018    
"Ermənistan ordusu üçün silah əldə edilməsi prosesi davam edir"

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Baş Qəraragah rəisi general-mayor Artak Davtyan jurnalistlərə müsahibəsində, hansı sayda və nə zaman Rusiya istehsalı olan çox funksiyalı Su-30SM qırıcılarının əldə ediləcəyi barədə dəqiq məlumat verməyib.

O qeyd edib ki, hərbi müttəfiqləri ilə hər növ silah alınması sahəsində iş aparılır.

"Nə vaxt alnarsa, o vaxt təqdim olunacaq. Bu silahların bir hissəsi əldə edilib, bir hissəsinin əldə edilməsi prosesi davam edir. Bu davamlı olan bir prosesdir", - deyə Davtyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Su-30  


Bizi "telegram"da izləyin