Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Armavir vilayətinin Karakert kənd sakini Varduhi Mkrtçyan bir neçə ay öncə ölən həyat yoldaşının məzarı üçün qanunla ödəniləcək pulu müdafiə nazirliyinin ödəməməsi, aylıq təqaüdünün isə əksik verilməsi ilə bağlı şikayət edib.
Şikayətçi bildirir ki, ölən həyat yoldaşının son iki aylıq təqaüdü 120 min dram təşkil etsə də ona 96 min dram ödənilib.
O, məsələ ilə bağlı Ermənistan müdafiə nazirliyinin sosial təminat idarəsinin rəsinin qəbuluna düşə bilmədiyini qeyd edib.
"Moskvada yaşasaq da, dəfn mərasimi Ermənistanda keçirilib. Müdafiə nazirliyi məzarlığın abadlaşdırılması məqsədilə 1 milyon 400 min dram verilməlidir, lakin bu məbləğ təmin edilmir", - deyə Mkrtçyan etiraz edib.
Alpər Mövludoğlu
Ordu.az