Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvanda Ermənistan müdafiə nazirliyinə məxsus, keçmiş hərbi tibb idarəsinin binasında məskunlaşan 12 erməni veteranının ailəsini çölə atmağa çalışırlar.
Erməni veteran döyüşçülərdən biri mətbuata açıqlamasında, nazirliyin onları sıxışdırdığını, buna baxmayaraq sonadək mübarizə aparacaqlarını bildirib.
"Bu binada ölən, əlil olan erməni hərbçilərinin ailləri də yaşayır. Bina çoxdan yararsız vəziyyətdə olsa da, müdafiə nazirliyi orada məskunlaşanları çıxartmaq niyyətindədir. 2 ay əvvəl nazirliyin təlimatına uyğun binanın qazı və suyu kəsilib. Nazirlik ərazini satmaq niyyətində olsa da, sakinlər evlərini tərk etməyəcəklərini, sonadək mübarizə aparacaqlarını deyirlər", - deyə erməni veteranı döyüşçü şikayətlənib.
Alpər Mövludoğlu
Ordu.az