Ermənistan MN yaralı əsgərin müalicəsindən imtina edir

2018/06/PN-pashtpanutyan-naxararutyun3434_1520272134_1528977074_1529047169.jpg
Oxunub: 4189     15:16     15 İyun 2018    
Yaralı erməni əsgərinin əməliyyat olunub-olunmayacağı məlum deyil.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda erməni əsgəri Qevork Xaçatryanın vəziyyəti ağır sabit olaraq qalmaqda davam edir.

Ermənistanın müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhanisyan bildirib ki, hələlik cərrahiyyə əməliyyatı olub-olmayacağı məlum deyil, boğaz nahiyyəsində problem var.

Xatırladaq ki, işğalçı ordunun 1998-ci il təvəllüdlü əsgəri Qevorq Andraniki Xaçatryan iyunun 7-də saat 23:30 radələrində işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birinin döyüş postunda təxribata cəhd edərkən yaralanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Təxribat   Yaralı  


Bizi "telegram"da izləyin