Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, ABŞ üçün bütün bunlardan heç də az təhlükəli olmayan Çinin dəniz ekspansiyası təhdid kimi görülmür.
Əksəriyyət olduqca köhnə sualı təkrarlayır: ABŞ ordusu Şimali Koreya və İrana qarşı orta ölçülü müharibəni tez şəkildə başa çatdıra bilərmi?
Vaşinqtonun bu vaxta qədərki addımları Rusiyanın əsas təhdid olmasına dair ortaq fikir formalaşdırmaq istiqamətindədir. Lakin Amerikanın strateqləri Çinin bu vaxta qədərki ən böyük təhdid olması fikri ətrafında birləşə bilərlər.
Onun təkcə iqtisadi gücü belə bunu deməyə imkan verir. Bir çoxları Birləşmiş Ştatların sərhədlərindən kənarda 800 hərbi bazasının olduğu təqdirdə Çinin sadəcə bir baza saxlamasını göstərərək Çinin ciddi güc olmadığını düşünür. Lakin son günlərdə ortaya çıxan peyk görüntülərindən Çinin necə aqressiv şəkildə donanmasını gücləndirdiyini görmək mümkündür.
Qeyd edək ki, Çin ilk aviadaşıyıcısı olan “Liaoning”in təmirini başa vurmaqla eyni zamanda ilk milli aviadaşıyıcısının dəniz sınaqlarını keçirdi. Bir sıra iddialara görə, o, paralel olaraq üçüncü aviadaşıyıcı üzərində işlər görür.
Ağalar Ağalarlı
Ordu.az