“Türkiyənin hüquqi mənfəətləri üçün bir yol tapmalıyıq” – Mettis

2018/06/065849846984_1528355267.jpg
Oxunub: 1917     15:05     07 İyun 2018    
ABŞ Müdafiə naziri Ceyms Mettis Türkiyə ilə ABŞ-ın uzlaşmaya gəldiyi Münbiclə bağlı yol xəritəsinə dair açıqlama verib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, Türkiyənin hüquqi mənfəətləri üçün bir yol tapılmalı olduğunu qeyd edib.

NATO Müdafiə nazirlərinin iclasına qatılmaq üzrə Brüsselə gedən Mettis yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablayıb.

Jurnalistlərdən biri Türkiyə ilə ABŞ-ın Münbic üzərində uzlaşma əldə etməsinin Suriyada SDQ adını istifadə edən YPG/PKK terror təşkilatının ölkənin şərqində davam edən əməliyyatlara təsir edib-etməyəcəyini soruşub.

Hər iki ölkənin Türkiyənin təhlükəsizlik maraqları üzərində çalışdığını söyləyən Mettis Türkiyənin NATO üçün ön cəbhə rolu oynadığını vurğulayıb.

“Türkiyə NATO üçün ön cəbhə ölkəsidir. O, Əsədin, İranın və Rusiyanın dəstəyi ilə xalqına gətirdiyi fəlakətin ön cəbhəsində yerləşən NATO ölkəsidir.Türkiyənin hüquqi mənfəətləri üçün bir yol tapmaq məcburiyyətindəyik”, - deyə Mettis qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   Münbic  


Bizi "telegram"da izləyin