Rusiya donanmasının Sakit okean filotiliyasının növbəti təlimində təqribən əlliyə yaxın gəmi, sualtı gəmi, köməkçi vasitələr və donanma təyyarələri iştirak edəcək.
Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Sakit okean filotiliyasının mətbuat katibi ikinci dərəcəli kapitan Nikolay Voskresenski bildirib.
Onun sözlərinə görə, təlimlər Silahlı Qüvvələrin Dəniz filotiliyasının təlim qanadının nəzdində baş tutacaq və Yapon dənizi ilə Oxot dənizini əhatə edəcək.
Təlim zamanı gəmi özüllü artilleriya dənizüstü, hava və sahil hədəflərinə atəş açacaq. Bundan başqa sualtı gəmi əleyhinə silahlar da istifadə ediləcək.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Rusiya
Donanma
Təlim