“Taliban”ın bölgə “rəhbəri” Fəryabda məhv edilib

2018/06/1984982020_1528352512.jpg
Oxunub: 4424     14:21     07 İyun 2018    
“Taliban” qiyamçılarının Dövlətabad rayonu üzrə qəbul edilən “rəhbəri” Fəryab vilayətinin şimalında aparılan əməliyyat nəticəsində məhv edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatı Əfqanıstan ordusunun 209-cu Şahin korpusu həyata keçirib.

Xüsusi Təyinatlı Qüvvələrin əməliyyatı zamanı sözügedən şəxsdən əlavə daha altı qiyamçının zərərsizləşdirildiyi bildirilir.

“Taliban” qiyamçıları məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban   Fəryab  


Bizi "telegram"da izləyin