Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüntülər iyunun 3-də İsrailin kəşfiyyat firması “ImageSat International” tərəfindən çəkilib.
Fotolarda Çinin Paracel adalarında yerləşdirdiyi yer-hava raketləri görünməyib. Bununla raketlərin bölgədən ya yığışdırıldığı, ya da başqa bir yerə yerləşdirildiyi ehtimal edilir.
Digər tərəfdən Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Hua Çunyinq ABŞ ordusunu bölgəni hərbiləşdirməsindən dolayı tənqid edib və bildirib ki, Çin bu təhdidlərə boyun əyməyəcək.
Ağalar Ağalarlı
Ordu.az