Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağrı vilayəti rəhbərliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Vilayət Jandarma Komandanlığının kəşfiyyat məlumatları əsasında həyata keçirdiyi əməliyyatda terrorçuların İrandan Doğubəyazit bölgəsinə keçidinin qarşısı alınıb.
Həyata keçirilən hava əməliyyatında F-16 təyyarəsi ilə gecə saatlarında PKK terror təşkilatına mənsub 5 terrorçunun zərərsizləşdirildiyi bildirilib. Əməliyyat davam edir.
Ağalar Ağalarlı
Ordu.az