Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Müdafiə naziri Ceyms Mettis bəyan edib.
O bildirib ki, Rusiya və NATO arasında möhkəm əlaqələrin yaranma imkanı müxtəlif iddialarla sarsılır. Onun sözlərinə görə, NATO perspektivindən baxsaq, Rusiyanın alyansa gələcək üçün çox ortaqlıqları var.
Qeyd edək ki, NATO-nun Müdafiə nazirləri bu gün və sabah bir araya gələrək iyul sammitinə hazırlığı müzakirə edəcəklər. Sammit isə NATO-nun yeni komandanlıq strukturunun təsdiqinə fokuslanacaq.
Ağalar Ağalarlı
Ordu.az