ABŞ dünyada artmaqda olan nüvə təhlükəsinin qarşısının alınması üçün Süni İntellektdən istifadə etməyi planlaşdırır.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Google” ilə süni intellektin hərbdə istifadəsi ilə bağlı yaşanan problemlərdən sonra Pentaqondan məsələ ilə daha bir münasibət bildirilib.
Açıqlamada qeyd olunub ki, məsələ heç də qarşı tərəfin iddia etdiyi kimi adi hərbi məqsədlər deyil.
“Biz bu texnologiyadan nüvə təhlükəsizliyinin təmin olunmasında istifadə edəcəyik” – deyə açıqlamada vurğulanıb.
Dəyanət Ağalarlı
Ordu.az