ABŞ Tayvan Boğazına öz aviadaşıyıcılarını göndərəcəkmi?

2018/06/3454_1528292434.jpg
Oxunub: 2709     23:12     06 İyun 2018    
Çinin öz ikinci döyüş gəmisini Cənubi Çin Dənizinə göndərməsindən sonra hər kəsi bir sual düşündürür: “Tramp Administrasiyası buna cavab olaraq öz aviadaşıyıcısını regiona göndərəcəkmi?”.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu, ABŞ Prezident Administrasiyasının gündəmində yer alan başlıca məsələlərdən biri olaraq qalır.

Məlumatda qeyd edilib ki, administrasiya məsələ ilə bağlı qarşı tərəfdən rəsmi açıqlama gözləyir.

Nəşr onu da əlavə edib ki, ABŞ-ın öz hava daşıyıcısını Tayvan Boğazından keçirərək Cənubi Çin Dənizinə göndərməsi ehtimalı istisna edilmir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tayvan-boğazı   Çin  


Bizi "telegram"da izləyin