Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin ehtiyacları üçün satınalmalarda qanun pozuntuları aşkar edilib.
Ermənistan Mərkəzi Hərbi Prokurorluğunun dövlət maraqlarının müdafiəsi şöbəsinin nümayəndələri tərəfindən aparılan istintaq nəticəsində, fevralın 22-də müdafiə nazirliyinin ehtiyacları üçün pambıq formaları, şort, isti paltarları, kamuflyaj maykalar, yastıq və digər əşyalar alınması üçün tender zamanı müraciətləri qiymətləndirən komissiya, açıq tender əvəzinə, tələsik tender keçirməklə aşağı qiymətlər təklif edən ilk iki şirkətin müraciətini rədd edib.
Tenderdə 29 milyon dram daha baha təklif edən 3-cü şirkəti qalib seçilib.
Məlumata görə, günahkar şəxslərin cəzalandırılması, dəymiş ziyanın ödənilməsi məqsədilə toplanmış materiallar hərbi prokurorluğa göndərilib.
Alpər Mövludoğlu
Ordu.az