ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman Rusiyanın “Soyuq MS-09” kosmik daşıyıcısının orbitə göndərilməsi prosesini izləyəcək.
Ordu.az TASS-a istinadən xəbər verir ki, peykin göndərilməsi Qazaxıstandakı Baykanur kosmik mərkəzindən həyata keçiriləcək.
Səfirlə birlikdə prosesi izləmək üçün “Roscosmos”un kosmonavtı Sergey Prokopyev, NASA-nın astronavtı Serena Aunon və Avropa Kosmos Agentliyinin astronavtı Aleksandr Qerst də yola düşüb.
Peykin göndərilməsi yerli vaxtla 14:12-ə nəzərdə tutulub. Onun Orbitdəki yerini alması isə iyunun 8-i 16:07 radələrinə gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az