Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, Bolqarıstanın indiyə qədər həyata keçirdiyi ən nəhəng hərbi layihə olacaq.
Layihə zamanı rekonstruksiyası həyata keçiriləcək texniki vasitələr içində əsasən qırıcı təyyarələr və zirehli döyüş maşınları yer alır.
Layihənin ümumi məbləği 2,1 milyard dollar təşkil edir ki, bu da Bolqarıstan hökuməti üçün ayrılan 2018-ci il dövlət büdcəsi hesabına maliyələşəcək.
Onu da qeyd edək ki, qanun layihəsi mayın 16-da Nazirlər Kabineti tərəfindən parlamentin müzakirəsinə göndərilib.
Dəyanət Ağalarlı
Ordu.az