Çinin ilk aviadaşıyıcısı döyüşə hazırdır

2018/06/received_2532247933668026_1525452335_1528281423.jpeg
Oxunub: 3820     18:43     06 İyun 2018    
Çin donanması dünyanın ən güclü əməliyyat qabiliyyətinə malik qüvvələr arasına girmə istiqamətində səylərini davam etdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çin Milli Müdafiə Nazirliyinin mətbuat katibi ölkənin ilk aviadaşıyıcısı “Liaoning”in sistemli döyüş qabiliyyətinə malik olduğunu bildirib.

Çinin ötən əsrin sonlarında aldığı “Liaoning” keçmiş Sovet dövründən qalma aviadaşıyıcıdır. O, uzun illər təlim missiyalarında istifadə edildəkdən sonra yenidənqurulmaya göndərilib.

Son açıqlamalardan aydın olur ki, bərpası başa çatan aviadaşıyıcını artıq döyüş missiyalarına hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, Çin bu il artıq özünün yerli aviadaşıyıcısını da hazırlayıb və ilk dəniz sınaqlarından keçirib. Eyni zamanda ölkənin üçüncü aviadaşıyıcını tikməkdə olduğu iddia edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Aviadaşıyıcı  


Bizi "telegram"da izləyin