Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Ştatların Müdafiə Naziri Ceyms Mettis Tramp-Kim görüşü ilə bağlı etdiyi çıxışda səsləndirib.
O vurğulayıb ki, Müdafiə Nazirliyinin regionla bağlı strategiyasında ordunun oradan çıxarılması ilə bağlı heç bir plan yoxdur.
“Mən yenə də təkrar edirəm. Biz heç yerə getməyi düşünmürük. Regionda təhlükəsizlik tam şəkildə təmin olunmadığı müddətcə ABŞ ordusu Cənubi Koreyadakı xidmətlərini davam etdirəcək”, - deyə o əlavə edib.
Dəyanət Ağalarlı
Ordu.az