Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
“ABŞ və Şimali Koreya liderlərinin yüksək səviyyədə görüşünün ləğv edilməsinə gəlincə, biz buna görə təəssüf edirik, çünki Koreya yarımadasında gərginliyin aradan qaldırılması istiqamətində addım atılacağına və yarımadanın nüvəsizləşdirilməsinə başlanacağına ümid edirdik”, - deyə Putin bildirib.
O qeyd edib ki, KXDR lideri Kim Çen In öncədən söz verdiyi hər şeyi yerinə yetirib.
“Kim Çen In hətta öz poliqonunda tunel və şaxtaları partlatdı, lakin budan sonra biz Birləşmiş Ştatlar tərəfindən görüşün ləğv edildiyini eşitdik”, - deyə Putin vurğulayıb.
Ağalar Qəribov
Ordu.az