Ordu.az xəbər verir ki, Qroysman bu barədə “Facebook” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, 2011-ci ildə Vinnitsa şəhərinin meri olduğu dövrdə Ukrayna ilə Polşa şəhərləri arasında regional əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Polşa Respublikasının Xidmətlərə görə Ordeninin Cəngavər Xaçı ilə təltif olunub.
Qroysmanın sözlərinə görə, həmin mükafat onun üçün xüsusi şəxsi əhəmiyyət daşıyır və onu geri qaytarmaq qərarı da şəxsi xarakter daşıyır.
Sabiq baş nazir ordeni Ukraynaya və Prezident Volodimir Zelenskiyə həmrəylik əlaməti olaraq geri qaytardığını vurğulayıb.
O əlavə edib ki, bu addım Polşa xalqına qarşı hörmətsizlik kimi qiymətləndirilməməlidir.
Qroysman Polşaya və milyonlarla polyaka Ukraynaya göstərdikləri dəstəyə görə dərin minnətdarlığını ifadə edib.
Onun fikrincə, hər bir xalqın öz tarixi və qəhrəmanları ilə bağlı yaddaşını qorumaq hüququ var və bu, həm Ukrayna, həm də Polşa üçün müqəddəs hüquq hesab edilməlidir.
Sabiq baş nazir bildirib ki, keçmişlə bağlı fərqli baxışlar qonşu dövlətlər arasında təbii haldır, lakin keçmiş ümumi gələcəkdən daha vacib olmamalıdır.
Qroysman hesab edir ki, davam edən müharibə şəraitində əsas məsələ Rusiyaya qarşı mübarizədir, tarixi mübahisələrin qabardılması deyil.
O əlavə edib ki, bu cür fikir ayrılıqları Moskvanın maraqlarına xidmət edir və Ukrayna ilə Polşanın ortaq strategiyasına zərər vurur.
Sonda Qroysman vurğulayıb ki, ordenin geri qaytarılmasına baxmayaraq, Polşa xalqına olan hörməti dəyişməz olaraq qalır.
Sevinc Əliyeva
Ordu.az