Füzulidə top mərmisi tapılıb

2018/05/846485_1526485449.jpg
Oxunub: 442     18:35     16 May 2018    
Füzuli rayonunda əraziyə sonradan atılan 1 ədəd yanmış top mərmisi tapılıb.

Bu barədə Ordu.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Belə ki, mayın 16-da saat 11:24-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 12:45-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan ərazidə Araz su nasosu stansiyasının yaxınlığına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən əraziyə sonradan atılan 1 ədəd yanmış top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunan mərminin ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ordu.az

Teqlər: Füzuli   top-mərmisi  

Xəbər lenti

Füzulidə top mərmisi tapılıb

2018/05/846485_1526485449.jpg
Oxunub: 445     18:35     16 May 2018    