S-400 istehsalçısı 100 faiz sifarişlərlə yüklənib

2018/05/2129-S-400_1526374641.jpg
Oxunub: 3305     17:09     15 May 2018    
“S-400 zenit raket komplekslərinin istehsalçısı olan Rusiyanın “Almaz-Antey” konserni 2025-ci ilədək 100 faizlik sifarişlərlə yüklənib”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə konsernin baş direktoru Mixail Podvyaznikov bəyan edib.

“Zavod 2025-ci ilədək 100 faizik sifarişlərlə yüklənib. Dövlət sifarişləri və xarici müqavilələrdən asılı olaraq istehsalın artırılması da mümkündür”, - deyə Podvyaznikov açıqlayıb.

O qeyd edib ki, hazırda S-400-lərin modernləşməsinə “Almaz-Antey” konserni 30 milyard rubldan çox vəsait ayırıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   S-400  


Bizi "telegram"da izləyin