Ordu.az “38 North” nəşrinə istinadən xəbər verir ki, bu barədə Cons Hopkins adına Universitet yanında ABŞ Tədqiqat Qrupunun hesabatında bildirilir.
“Mayın 7-nə aid peyk görüntülərinə istinadən demək olar ki, artıq poliqonun demontajı üzrə işlərə başlanıb. Artıq poliqonin şimal, qərb və cənub girişləri yaxınlığında yerləşən bir neçə operativ təminat binası dağıdılıb”, - deyə hesabatda vurğulanır.
Həmçinin tunellər vasitəsilə qruntun yığıldığı hissəyə yönələn vaqon relslərinin də söküldüyü qeyd olunur.
Ağalar Qəribov
Ordu.az