Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin illik hesabatında bildirilir.
“Şimali Koreyanın nüvə və raket arsenalı Yaponiyanın sülh və stabilliyinə ciddi təhdiddir, bu həmçinin beynəlxalq ictimaiyyət üçün təhlükədir. Yaponiya, ABŞ və Cənubi Koreya öz siyasətini Şimali Koreyanın kütləvi məhvetmə, həmçinin müxtəlif mənzilli ballistik raketlərini məhv etməsi məqsədilə koordinasiya edəcək”, - deyə hesabatda vurğulanır.
Qeyd edilir ki, aprel ayı çərçivəsində Yaponiya baş naziri Sindzo Abe ilə ABŞ prezidenti Donald Tramp arasında baş tutan görüşdə tərəflər KXDR-in nüvəsizləşdirilməsinin tam, geri qaytarılması mümkün olmayan və nəzarətinin həyata keçirilməsi mümkün qaydada həyata keçiriləcək.
Ağalar Qəribov
Ordu.az