“ABŞ-ın Ət-Tanfdakı fəaliyyəti aqressiyadır” - Cəfəri

2018/05/2098-Bəşər-Cəfəri-Suriya_1526301478.jpg
Oxunub: 1950     20:37     14 May 2018    
“Suriya hesab edir ki, Birləşmiş Ştatların Ət-Tanfdakı fəaliyyəti aqressiv xarakter daşıyır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriyanın BMT-dəki daimi nümayəndəsi, Astana danışıqlarında Suriya iqtidarını təmsil edən nümayəndə heyətinin rəhbəri Bəşər Cəfəri bəyan edib.

“Bizim üçün Amerikanın Suriyada hərbi mövcudluğu aqressiya və işğaldır”, - deyə Cəfəri bildirib.

O qeyd edib ki, Suriya bununla əlaqədar olaraq BMT Təhlükəsizlik Şurası və BMT baş katibinə nota göndərib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   ABŞ   Bəşər-Cəfəri  


Bizi "telegram"da izləyin