Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Argentina Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, müqavilənin ümumi qiyməti 12,55 milyon avro təşkil edir. Müqavilə həmçinin alınan təyyarələr üçün ehtiyat hissələrinin verilməsini nəzərdə tutur.
Bu tip təyyarələr Argentina Hərbi Hava Qüvvələrinin silahlanmasında 1979-cu ildən yer alır və onlar Böyük Britaniya ilə 1982-ci ildə Folklend adalarındakı döyüşlərdə iştirak edib. Yeni təyyarələrlə köhnə analoqların dəyişdirilməsi nəzərdə tutulub.
Ağalar Qəribov
Ordu.az