Ukraynada “Javelin”lər Poroşenkonun iştirakı ilə sınanılacaq

2018/05/2081-Javelin_1526294746.jpeg
Oxunub: 2889     18:43     14 May 2018    
“Mayın sonunadək Ukraynada ABŞ tərəfindən Ukraynaya verilən “Javelin” kompleksləri sınaqdan keçiriləcək”.

Ordu.az “İnterfax” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Ali Radadakı təmsilçisi İrina Lusenko bəyan edib.

“Ukraynaya verilən “Javelin”lər may ayının sonunadək ölkə ərazisindəki poliqonlarda sınaqdan keçirilməsi planlaşdırılır. Prezident Poroşenko da bu sınaqlarda iştirak edəcək”, - deyə Lusenko bildirib.

O qeyd edib ki, Ukrayna ABŞ-dan ümumilikdə 210 ədəd raket və 31 ədəd atəş qurğusu alıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Javelin   Petro-Poroşenko  


Bizi "telegram"da izləyin