Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri məlumat yayıb.
Məlumata görə, Ankara Rusiyadan S-400 “Triumf”larla yanaşı 5-ci nəsil qırıcılar almaq niyyətindədir. Əgər S-400 zenit raket kompleksləri Türkiyədə peyda olsa, Rusiya onların köməyilə F-35 qırıcılarının zəif və güclü tərəfləri barədə məlumat toplaya bilər.
“Türkiyədə S-400-lərin peyda olması F-35-lərin stels texnologiyalarının sirrinin Rusiya üçün əlçatan olması ilə nəticələnə bilər”, - deyə məlumatda bildirilir.
Ağalar Qəribov
Ordu.az