Ərdoğan: “Qərb Suriyada Türkiyə ilə əməkdaşlıq etmək istəmir”

2018/05/518-Ərdoğan_1526292638.jpg
Oxunub: 3686     18:12     14 May 2018    
“Qərb Suriyada Türkiyə ilə terrorizmlə mübarizə sahəsində əməkdaşlıq etmək istəmir”.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BBC-yə müsahibəsində bəyan edib.

“Biz Suriyada ABŞ, Böyük Britaniya və Fransa ilə birlikdə işləyə bilərdik, lakin bu baş vermədi. Məsələn, Rəqqanın azad edilməsi əməliyyatı çərçivəsində ABŞ terrorçu təşkilatlarla əməkdaşlıq etmək qərarına gəldi. Biz birlikdə işləməyi təklif etdik, lakin onlar imtina etdilər”, - deyə Ərdoğan bildirib.

O qeyd edib ki, şəxsən Bəşər Əsədə qarşı olsa da, Rusiya və İranla əməkdaşlıqda Suriya xalqı üçün sülhün bərqərar olunmasında əhəmiyyətli addımlar atılıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya   Qərb  


Bizi "telegram"da izləyin