Ordu.az “Al Sumaria” nəşrinə istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvləri komandanlığından olan mənbələr məlumat yayıb.
Məlumata görə, İraq Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələrinin Suriyada həyata keçirdiyi hava əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının Suriyadakı komanda qərargahı məhv edilib.
Məhv edilən obyektlər arasında həmçinin terrorçuların logistik dəstəyi mərkəzi də var.
Ağalar Qəribov
Ordu.az