Yaponiya KXDR-in nüvə poliqonunu bağlamasını dəstəkləyir

2018/05/2075-Yosihide-Suqa_1526286567.jpg
Oxunub: 4258     16:33     14 May 2018    
“Yaponiya hökuməti Pxenyanın KXDR-in şimal-şərqində nüvə poliqonunu bağlamaq qərarını dəstəkləyir”.

Ordu.az “Yomiuri” nəşrinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosihide Suqa bəyan edib.

“Biz bu poliqonun məhv edilməsini irəliyə doğru pozitiv addım kimi dəstəkləyirik. O cümlədən Şimali Koreya ilə bütün kütləvi məhvetmə silahları və ballistik raket növlərinin məhv edilməsində razılığa gəlməyi çox mühüm hesab edirik”, - deyə Suqa bildirib.

O qeyd edib ki, Tokio iyunun 12-də Sinqapurda KXDR lideri Kim Çen Inla ABŞ prezidenti Donald Tramp arasında baş tutan danışıqlardan sonra Vaşinqtonla danışıqları davam etdirməyi və məlumat mübadiləsi həyata keçirməyi planlaşdırır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   KXDR  


Bizi "telegram"da izləyin