Ərdoğan: “Türkiyə S-400-lərdən imtina etməyəcək”

2018/05/Ərdoğan-3_1526280945.jpg
Oxunub: 1504     14:54     14 May 2018    
“Ankara Rusiya istehsalı olan S-400 zenit raket komplekslərinin alınmasından imtina etməyəcək”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O qeyd edib ki, Türkiyə NATO-nun üzvü olmasına baxmayaraq Vaşinqton Türkiyəyə Amerika istehsalı olan zenit raket komplekslərinin satılmasından imtina edib.

“ABŞ Türkiyəni seçim imkanından məhrum edib və buna görə də Ankara Mosvka ilə S-400 zenit raket komplekslərinin əldə edilməsi üzrə danışıqlara başlamaq məcburiyyətində qaldı. İndi isə Türkiyə Rusiyadan S-400-lərin alınmasından imtina etməyəcək”, - deyə Ərdoğan açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   S-400  


Bizi "telegram"da izləyin