Seul və Pxenyan yüksək səviyyədə danışıqlar keçirəcək

2018/05/2063-KXDR-və-Cənubi-Koreya-nümayəndə-heyətləri_1526278525.jpg
Oxunub: 2207     14:14     14 May 2018    
“Cənubi Koreya və KXDR aprelin 27-dəki sammitin gedişində ölkə liderləri tərəfindən əldə edilən razılaşmaların realizəsi məsələlərinin müzakirəsi üçün cari həftə çərçivəsində yüksək səviyyədə danışıqlar keçirməyə hazırlaşır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Birləşmə Nazirliyinin rəsmi nümayəndəsi Pek De Xyon bəyan edib.

“Hazırda iki ölkə arasında bu mövzuya dair konsultasiyalar aparılır. Görüşün artıq cari həftə çərçivəsində baş tutması gözlənilir”, - deyə Xyon bildirib.

O qeyd edib ki, danışıqlar çərçivəsində Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında imzalanan Pxanmundcom bəyannaməsində nəzərdə tutulan müddəaların realizəsi, xüsusilə də Koreya yarımadasının nüvəsizləşdirilməsi yönündə həyata keçiriləcək tədbirlərin müzakirə edilməsi nəzərdə tutulub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   KXDR  


Bizi "telegram"da izləyin