Bu gün Astanada Suriya üzrə danışıqlar başlayacaq

2018/05/2061-Astana_1526277549.jpg
Oxunub: 3923     13:58     14 May 2018    
Bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya üzrə danışıqların növbəti – 9-cu mərhələsi başlayacaq.

Ordu.az “Kazinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Suriyada atəşkəsin dayandırılmasına qarant ölkələr – Rusiya, İran və Türkiyə döyüş fəaliyyətinin dayandırılması rejiminin möhkəmləndiriməsi, həmçinin humanitar məsələlər və siyasi tənzimlənmə prespektivləri kontekstində 4 deeskalyasiya zonası – Şərqi Quta, Xümsdən şimalda yelrəşən rayon, İdlib və Suriyanın cənubundakı vəziyyəti müzakirə edəcəklər.

İclasda Rusiyanı təmsil edən nümayəndə heyətinə Rusiya prezidentinin Suriya tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, İranı xarici işlər nazirinin müavini Hüseyn Ənsari, Türkiyə nümayəndə heyətinə isə xarici işlər naziri Sedat Onal başçılıq edəcək.

Danışıqlarda həmçinin Suriya müxalifəti və iqtidarından olan nümayəndələr, BMT rəhbərinin Suriya üzrə xüsusi səfiri Staffan de Mistura və İordaniya nümayəndə heyəti iştirak edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Astana-prosesi   Rusiya   İran   Türkiyə   BMT  


Bizi "telegram"da izləyin